İdman

"Qarabağ"ı hansı cəza gözləyir? -  klubdan açıqlama



UEFA bu mövsüm ikinci dəfə "Qarabağ"a intizam işi açıb.

Bunlar Ağdam klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə Bakıda cavab matçında azarkeşin meydana girməsi və 3-cü mərhələnin APOEL-lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda azarkeşlərin
meydançaya kənar əşyalar atmasına görədir.

Bəs "Qarabağ"ı bu qayda pozuntularına görə hansı cəza gözləyir?

Klubun baş meneceri Asif Əsgərov qol.az-a açıqlamasında məsələyə aydınlıq gətirib: "Belə hallar normaldır. İstər azarkeşin meydana girməsi olsun, istərsə də meydançaya yad əşyalar atılması. Bunların hər birinin öz qaydaları var. Bu qaydalara uyğun da UEFA ya bizə xəbərdarlıq edəcək, ya da klub müəyyən məbləğdə cərimə ilə üzləşəcək. Elə bir ciddi şey yoxdur".

Qeyd edək ki, UEFA sözügedən məsələlərə avqustun 22-də və sentyabrın 19-da baxacaq.


qol.azскачать dle 12.0

Smiley face

OXŞAR XƏBƏRLƏR