Kriminal

Bakıda ərəb turistlərin kirayə yaşadığı evə basqının  TƏFƏRRÜATI



Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulublar.

Milli.Az -a istinadən xəbər verir ki,hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı tərk ediblər. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev ölkə.az-a faktl təsdiqləyib. 

O bildirib ki, hadisə ilə bağlı DİN-ə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Avqustun 7-də isə DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin 39-cu PB-i əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə biri qadın olmaqla şübhəli bilinən Bakı şəhər sakini 1994-cü il təvəllüdlü V.Abbasov, Kürdəmir rayon sakinləri Ş. Abdullayev, A.Qəmbərova və Biləsuvar rayon sakini E.Ağakərimov saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır, zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir
ölkə.azскачать dle 12.0

Smiley face

OXŞAR XƏBƏRLƏR