Kriminal

45 yaşlı bərbər yanına gələn 17 yaşlı oğlana təcavüz edib -  İsmayıllıda



İsmayıllı rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1974-cü il təvəllüdlü Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İsmayıllı rayonun Lahıc qəsəbəsində yaşayan Namiq Məmmədov (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) rayonun Ərəgit kəndində bərbər işləyib.
"Başını kəsəcəm" hədəsi

İstintaq müəyyən edib ki, Namiq Məmmədov 3 oktyabr 2017-ci il tarixdə saat 18 radələrində bərbər işlədiyi, özünə məxsus bərbərxanada 2000-ci il təvəllüdlü Yavər Babayevin başını qırxıb.

Namiq Məmmədov Yavər Babayevin keçirilmiş serebral iflicin qalıq əlamətləri, ağıl zəifliyi və nitq qüsuru xəstəsi olduğunu bilib. Belə olan halda ona "sən dəlisən, başını istintaq təcridxanası kimi kəsəcəm", - deməklə hədələyib.
Bərbərxanada seksual hərəkət

Namiq Məmmədov belə hədə-qorxu gəlməklə Yavər Babayevin qorxudub, onun köməksiz vəziyyətindən istifadə etməklə zor tətbiq edib.
Bundan sonra o, Yavər Babayevi bərbərxanadakı stula oturdaraq, ona qarşı əxlaqsız hərəkətlər edib. Sonra isə Yavər Babayevi seksual xarakterli hərəkətlər etməyə, "oral" sekslə məşğul olmağa məcbur edib.

Cinayət işi açıldı

İstintaq orqanı tərəfindən Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

4 il cəza verildi

İsmayıllı rayon Məhkəməsinin hökmü ilə Namiq Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Namiq Məmmədov apelyasiya şikayəti verib.
Namiq Məmmədov şikayətində günahsız olduğunu, şərlənərək həbs edildiyini, ağlı-qüsurlu şəxsin ifadəsi əsasında həbs edildiyini qeyd edib.

Bəraət davası

Namiq Məmmədov barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayətinə Şəki Apelyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada baxılıb.
Apelyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Namiq Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.
Bu qərardan narazı qalan Namiq Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Cəzadan 3 ay çıxıldı

Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb. Kasasiya şikayətini araşdıran hakim heyəti yekunda qərar verib. Qərara görə, Namiq Məmmədovun bəraət istəyi ilə bağlı verdiyi kasasiya şikayəti təmin edilməyib.

Amma Ali Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Namiq Məmmədovun cəzası 3 il 9 aya endirilib. 

publika.azскачать dle 12.0

Smiley face

OXŞAR XƏBƏRLƏR