Maqazin

İsazadə Şölə"Dünya uşaqların gözü ilə"adlı rəsm sərgisi -  FOTOLAR



Bu gün 9 yaşlı balaca rəssamımız İsazadə Şölənin təhsil aldığı 189-190 nömrəli məktəbdə "Dünya uşaqların gözü ilə"adlı fərdi sərgisi keçirildi.Hələ kiçik yaşlarından rəsm çəkməyi sevən Şölə artıq 4ildir ki, peşəkar rəssamlıqla məşğul olur.Rəssamliq özü isə böyük bir incəsənətdir,bir duyğudur və bu peşədə ən önəmli hiss həmin duyğuları cansız kağızlara ötürə bilməkdir.

Bu günümüzün qəhrəmanı olan Şölə "Ay işığında pəri","Anamın ətiri","Payızın rəngləri","Yorğun balerina","Bakı gecələri","Ağ şəhər","Xocalının göz yaşı" və digər kompozisiyalari ilə bir çox sərgilərdə fəal iştirak edərək 30-a yaxın diplom və fəxri fərmanlar qazanmışdır.Sərginin açılışı zamanı məktəbin direktoru Kuliyeva Ceyran çıxış edərək, Şöləyə gələcək həyatında uğurlar diləyərək,ona Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etməyi və daim zirvələrdə olmağı arzuladı.

Şölə keçirilən sərgini çox sevdiyi və yaxın zamanda itirdiyi babası Ələkbərov Xanların xatirəsinə həsr olunduğunu vurğuladı."Bilirəm ki, babam göylərdən məni izləyir və mənim uğurlarıma hər kəsdən çox sevinir"sözləri ilə sərgisini yekunlaşdıran balaca Şöləyə biz də gələcək sənət yollarında uğurlar arzulayırıq.







скачать dle 12.0

Smiley face

OXŞAR XƏBƏRLƏR