Sosial

Moskvanın mərkəzində general döyüldü -  VİDEO



Moskvada “Maloy Nikitski” küçəsində sənaye nazirinin keçmiş müavini, ehtiyatda olan general-polkovnik Aleksandr Brindikov yol münaqişəsi səbəbindən iki kişi tərəfindən döyülüb.

AZNEWS.WS-in “TASS” agentliyinə istinadən xəbərinə görə, avtomobilini binalardan birinin qarşısında saxlamaq istəyən generalın yoluna başqa bir avtomobil çıxıb. Brindikov siqnal verərək ona yol verilməsini istəyib. Lakin onun bu istəyi digər sürücünün xoşuna gəlməyib və o, yanındakı kişi ilə maşından düşərək generalı döyüb. 

Eks-nazir müavini xəstəxanaya yerləşdirilib, onun vəziyyəti barədə məlumat verilmir. 

Hücum edən şəxslərdən birinin Ukrayna vətəndaşı olduğu bildirilir. Ikinci kişi haqda informasiya yoxdur.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.0

Smiley face

OXŞAR XƏBƏRLƏR