Sağlamlıq / Əsas

Azərbaycanda 16 nəfər “donuz qripi”nə tutulub? -  Nazirlik təkzib etdi



Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 16 nəfərin "donuz qripi”nə yoluxmasına dair xəbər yayıb. Bu barədə məlumatı Medicina.az saytı yayıb.

Belə ki, təşkilatın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda А/H1N1virusuna (donuz qripi) yoluxma halının təsdiqini tapdığını bildirib.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Azərbaycanda "donuz qripi”nə yoluxma halı baş verməyib: “Bizim tərəfimizdən heç bir yerə nümunə göndərilməyib. Təşkilat necə belə bir məlumat yayar? Tamamilə yanlış məlumatdır. Hazırda ölkədə А/H1N1 virusuna yoluxma halı müşahidə olunmur.скачать dle 12.0

Smiley face

OXŞAR XƏBƏRLƏR